Reklam
Vakıf Katılım
Tarih : 2020-04-04 15:59:00

Tokioda koronavirusa yoluxanların gündəlik artımı ilk dəfə 100 nəfəri ötüb

Aprelin 4-də Tokioda COVID-19 koronavirusuna yoluxanların gündəlik artımı ilk dəfə 100 nəfəri ötüb.

Frame.az Tokio hökumətinin rəsmi nümayəndəsinə istinadla xəbər verir ki, paytaxtda həmin gün 118 nəfər koronavirusa yoluxan qeydə alınıb. Bildirilir ki, bu rəqəm Tokioda virusa yoluxanların ümumi sayına əlavə olunduqda, paytaxt üzrə həmin xəstələrin sayı 891 nəfər təşkil edir. Bu rəqəmin Tokioda fövqəladə vəziyyətin elan olunması ilə bağlı Baş Nazir Şinzo Abbeyə böyük təzyiq göstərəcəyi də qeyd edilir.

Bildirilir ki, aprelin 3-nə olan vəziyyətə görə, Yaponiya paytaxtında 704 nəfər həmin diaqnozla xəstəxanalara yerləşdirilib. Şənbə günü yoluxanların sayını bu rəqəmin üzərinə əlavə etdikdə yerli hökumət tərəfindən sifariş edilən 750 çarpayı-yer artıqlaması ilə dolmuş olur.

Əlavə olaraq qeyd edək ki, şənbə günü Tokionun və digər şəhərlərin ticarət mərkəzlərində olan insanların da sayı xeyli azalıb.

Yaponiya Qubernatorları Milli Assosiasiyasının aprelin 2-də əhaliyə ehtiyac olmadığı təqdirdə evlərini tərk etməmək barədə müraciəti onlar tərəfindən anlaşıqla qarşılanıb. Əvvəlki istirahət günləri ilə müqayisədə bağlı restoranların və mağazaların sayının artdığı da

Hibya Xəbər Agentliyi

© Copyright 2024 haberebakhabere.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.