Reklam
Vakıf Katılım
Tarih : 2020-03-12 10:05:00

ABŞ-ın Azərbaycana gələcək ticarət missiyasının vaxtı dəyişib

Hibya xəbər verir ki, bəyanatda bu il aprelin 5-10-da həyata keçirilməsi nəzərdə tutulan ABŞ-dan Azərbaycana və Gürcüstana ticarət missiyasının yeni koronavirus (COVID-19) səbəbindən qlobal sağlamlıq vəziyyətinin pisləşməsinə görə təxirə salındığı bildirilir.

Qeyd olunur ki, vəziyyətin gedişatı nəzərdə saxlanılacaq, bölgədəki korporativ iştirakçıların və yerli tərəfdaşların təhlükəsizliyinə əmin olunduğu vaxtda yeni tarix barədə məlumat veriləcək.

Qeyd edək ki, ABŞ şirkətlərinin Azərbaycan və Gürcüstana nəzərdə tutulan ticarət missiyası Birləşmiş Ştatların Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və bu ölkənin Ticarət Xidməti ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 haberebakhabere.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.