Reklam
Vakıf Katılım
Tarih : 2020-04-28 09:56:00

Donald Trampı ölümlə hədələyən Texas sakini 18 ay həbs cəzasına məhkum edilib

Texas ştatının Dallas şəhərində 36 yaşlı Mikael Gedlu Prezident Donald Trampı ölümlə hədələdiyinə görə 18 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını federal həbsxanada çəkəcək.

M.az xəbər verir ki, Gedlu dekabr ayında Trampa hədələr etməkdə özünü günahkar bilib. O, sosial şəbəkələr vasitəsilə Trampı ölümlə hədələdiyini, “YouTube” səhifəsində “Mən gözləyirəm ki, Tramp Dallasa gəlsin və onu öldürüm” dediyini etiraf edib.

Məhkəmə prosesi zamanı prokurorlar bildiriblər ki, hüquq-mühafizə orqanlarının nümayəndələri 2018-ci ilin dekabrında Dallasda “Adolphus” otelinin yaxınlığında Trampın gəlişinə 30 dəqiqə qalmış Gedlunun küçədən keçdiyini görüblər. Bu zaman Gedlunun əlində “Trampa ölüm” lövhəciyinin olması və buna görə də onun saxlandığı qeyd olunur.

İttihamçılar ABŞ-ın məxfi xidmət orqanlarının öz araşdırmalarını Dallas polisinin köməyi ilə apardıqlarını bildiriblər.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 haberebakhabere.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.